Ölkə üzrə saxta pul nişanlarına dair analitik və statistik təhlillərin aparılmasına, onların mühafizə elementlərinin saxtalaşdırma səviyyəsi barədə məlumatların əldə edilməsi, eləcə də hüquq-mühafizə orqanları tərəfindən zəruri işlərin aparılması və digər tədbirlərin daha effektiv həyata keçirilməsi məqsədilə «Saxta Pul Nişanlarının Monitorinqi Sistemi» yaradılmışdır.
Sistem vasitəsilə aidiyyəti dövlət orqanları arasında koordinasıyanın gücləndirilməsinə, saxta pul nişanları üzrə ölkədə vahid məlumat bazasının yaradılmasına, məlumatlara real vaxt rejimində çıxış imkanının əldə olunaraq operativ istintaq tədbirlərinin həyata keçirilməsinə, eləcə də hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmiş saxta pul nişanlarının Mərkəzi Bank tərəfindən tədqiq olunmasına geniş imkan yaradır.