MƏRKƏZİ BANK

Ölkə üzrə saxta pul nişanlarına dair analitik və statistik təhlillərin aparılmasına, onların mühafizə elementlərinin saxtalaşdırma səviyyəsi barədə məlumatların əldə edilməsi, eləcə də hüquq-mühafizə orqanları tərəfindən zəruri işlərin aparılması və digər tədbirlərin daha effektiv həyata keçirilməsi məqsədilə «Saxta Pul Nişanlarının Monitorinqi Sistemi» yaradılmışdır.

Şübhəli pul nişanlarının ekspertizası və dəyişdirilməsi üzrə biznes proseslərin idarə olunması bu sistem vasitəsilə həyata keçirilir.