KREDİT TƏŞKİLATLARI

Ölkə üzrə saxta pul nişanlarına dair analitik və statistik təhlillərin aparılmasına, onların mühafizə elementlərinin saxtalaşdırma səviyyəsi barədə məlumatların əldə edilməsi, eləcə də hüquq-mühafizə orqanları tərəfindən zəruri işlərin aparılması və digər tədbirlərin daha effektiv həyata keçirilməsi məqsədilə «Saxta Pul Nişanlarının Monitorinqi Sistemi» yaradılmışdır.

Kredit təşkilatları Sistem vasitəsilə Mərkəzi Banka təqdim etdikləri şübhəli pul nişanlarının ekspertizasının nəticələri barədə məlumatları real vaxt rejimində əldə edə bilər.